|
24 fevral 2010 Sual:
Salam. Mən pediatriya fakültəsini 2004-də ildə bitirmişəm. İndiyə kimi işləmirəm. İşləmək üçün əvvəl kursa getməliyəm yoxsa işləyə bilərəm? Təşəkkür edirəm.
Lamiyə Quliyeva, Bakı Cavab: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.12.2005-ci il tarixli 143 saylı əmrinə uyğun olaraq işçilərin işə qəbulu məqsədilə tibb müəssisələrində komissiyalar yaradılmış və mütəxəssislərin işə qəbulu yalnız nəşr orqanlarında elan verməklə müsabiqə əsasında həyata keçirilir.
Vakant yerlər barədə elanlar Səhiyyə Nazirliyinin orqanı olan "Tibb qəzeti"ndə çap olunur və Siz, çap olunmuş elanları nəzərdən keçirə bilərsiniz.
Kadrlar, elm və təhsil şöbəsi
|