|
5 mart 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 04.03.2010-cu il tarixində Yevlax Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 135 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!
AKSİYALAR DAVAM EDİR!
Tibbi Yardımın Təşkili Şöbəsi
|