Həkimlik peşəsi
öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.

Heydər Əliyev

 

 

 

30 avqust 2010
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

18 avqust 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və “Azərsun Holdinq” şirkətinin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmişdir

13 avqust 2010
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Marqaret Çen H1N1 qripinin inkişaf mərhələsində postpandemik dövrün başlanması haqqında elan vermişdir.

9 avqust 2010
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi”nin yaradılmasına dair sərəncam imzalamışdır

4 avqust 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 4 avqust 2010-cu il tarixində Şirvan Şəhər Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

4 avqust 2010
Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

 


 



The site of President of Azerbaijan Republic

13 fevral 2010

Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyə Nazirliyinin 2009-cu ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.

İclası giriş sözü ilə Oqtay Şirəliyev açdı.
2009-ci ildə ölkə səhiyyəsində görülmüş işlər haqqında danışmaq üçün söz Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Soltan Əliyevə verildi.
Tibbi yardımın təşkili sahəsində görülən işlər haqqında qısaca məlumat verən S.Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarından, ölkə səhiyyəsində islahatlar aparılmasının zəruriliyi barədə göstərişlərindən, müəyyənləşdirdiyi prioritetlərdən çıxış edərək, bu gün respublikanın səhiyyə sistemində yeniləşmə getdiyini, ab-havanın sağlamlaşdırılması, əhaliyə göstərilən xidmətin yüksək səviyyəyə qaldırılması, səhiyyə müəssisələrində təmir, tikinti və abadlaşdırma, saxta dərmanlarla mübarizə və digər məsələlərə dair görülən işlərin başlıca istiqamətlərini təşkil etdiyini vurğuladı.
İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. 2003-cü ildə səhiyyə ehtiyaclarına 59,0 milyon manat ayrılmışdırsa, 2009-cu ildə bu rəqəm 502 milyon manat olmuşdur ki, bu da son beş ildə səhiyyənin büdcəsinin 8 dəfə artması deməkdir. 2008-ci illə müqayisədə 2009-cu ildə səhiyyənin büdcəsi 50 %- qədər artmışdır.
Səhiyyədə gedən struktur islahatlar sayəsində uzun illər praktiki fəaliyyət göstərməyən tibb müəssisələrinin bir hissəsinin ixtisarına, çarpayı fondunun azaldılmasına başlanmışdır. 2009-cu ildə bu iş başa çatdırılmışdır. Ən vacib məqamlardan biri odur ki, tibb işçilərinin ixtisarına yol verilməmişdir. Respublikanın rayonları üzrə çarpayı fondu 50-55%, stasionarların sayı 50%-dək azaldılmışdır.
2009-cu ildə 60-dan artıq tibb müəssisəsinin tikintisi, əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilmişdir. Bunlardan Respublika Talassemiya Mərkəzinin, Milli Oftalmologiya Mərkəzinin, Milli Onkoloji Mərkəzinin yeni korpusunun, Respublika Perinatal Mərkəzinin, Respublika Klinik Uroloji Mərkəzinin və s. tibb müəssisələrinin adlarını çəkmək olar.
Qəbul olunmuş proqramların həyata keçirilməsi ötən il də uğurla davam etdirilmişdir.
Bu proqramlara 2008-ci ildə 47, 2009-cu ildə isə 50 milyon manat vəsait ayrılmışdır.
Ana və uşaqların sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindən biridir. Nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 4-ü (Bakı, Naxçıvan, Gəncə, Lənkəran) artıq istifadəyə verilmişdir.
2009-cu ili “Uşaq ili” elan edilməsi ilə əlaqədar görülən qabaqlayıcı tədbirlər nəticəsində ana və uşaq ölümü göstəriciləri azalmışdır. Belə ki, 2008-ci ildə uşaq ölümü göstərici 12,0 promilli olubsa, 2009-cu ildə bu göstərici 11,4-də enmişdir. Ana ölümü əmsalı isə ( 100 min diridoğulana) müvafiq olaraq 26,1-dən 24,3-ə enmişdir. Lakin ana ölümü göstəricisinin səviyyəsi bu gün də Səhiyyə Nazirliyini ən çox narahat edən məsələlərdən olduğu üçün bu məsələyə olduqca ciddi münasibət göstərilir. Hər bir ana ölümü doğuşayardım komissiyasında təhlil və müzakirə olunur, metodik sənədlər, klinik protokollar hazırlanır, seminarlar, təlimlər keçirilir. Bütün bu səylər də göstəricilərin ildən-ilə daha da azaldılmasına yönəlib.
“Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində aparılan tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə 2 dəfədən çox artmış və 118 mini keçmişdir. Görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölən xəstələrin göstəricisi 21,7-dən 9,2-yə (hər 100 min nəfər əhaliyə) enmişdir.
“Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən tədbirlər nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı xeyli artmışdır. Talassemiya və hemofiliya xəstəliklərindən ölənlərin sayı xeyli aşağı düşmüşdür. Talassemiya xəstəliyindən ölənlərin sayı 2003-cü ildə mütləq rəqəm 73 olubsa, 2009-cu ildə bu rəqəm 21-ə enmişdir.
“Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” qəbul edildikdən sonra görülən işlər nəticəsində onkoloji xəstəliklərin vaxtında aşkarlanması işi yaxşılaşmış, bu xəstəlikdən ölənlərin sayı azaldılmışdır.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması işi xeyli yaxşılaşdırılmışdır.
Hazırda ölkədə 19 dializ mərkəzi fəaliyyət göstərir. Bu günlədə Kliniki Tibbi Mərkəzdə yeni hemodializ şöbəsi açılmışdır ki, bununla da demək olar ki, Azərbaycanda hemodializ problemi həll olunmuşdur.
Respublikada vərəmlə mübarizə işinə xüsusi diqqət yetirilir. Artıq bir neçə ildir ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq birinci qrup vərəm preparatları ilə müalicə üzrə DOTS proqramı müvəffəqiyyətlə həyata keçirilir.
Tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev çıxışının sonunda əhaliyə göstərilən cərrahi yardımın yüksək keyfiyyətindən, xəstəxanalarda yaradılmış şəraitdən, qida və dərmanlarla təminatından da söz açdı.
Kadrlar, elm və təhsil şöbəsinin fəaliyyəti haqqında danışan adıçəkilən şöbənin müdir müavini Rauf Ağayev Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin məlumatına əsasən hazırda ölkənin səhiyyə sistemində 28489 həkim və 56842 orta tibb işçisi çalışdığını bildirdi.
Respublikanın regionlarında kadr çatışmazlığının aradan götürülməsi, gənc mütəxəssisləri işlə təmin etmək məqsədilə Azərbaycan Tibb Universitetini bitirən məzunlar iş yerlərinə təyinat alaraq, səhiyyə idarələrinin nəzdinə yox, bilavasitə vakant yerlərə əsasən tibb müəssisələrinə göndərilirlər. R. Ağayev xarici ölkələrdə kadr hazırlığı, yeni hazırlanmış dərs vəsaitləri, və bu kimi görülmüş işlər haqda da kollegiya iştirakçılarına məlumat verdi.
Ölkə əhalisinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi istiqamətində 2009-cu ildə sanitariya-epidemioloji xidməti tərəfindən aparılan fəaliyyət haqqında danışan Sanitar - Epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülmüş işlər sayəsində nəzərə çarpacaq nailiyyətlər əldə olunduğunu bildirdi. Respublikada idarə olunan xəstəliklərdə polimelit, məxmərək, qızılca, kimi xəstəliklər 2009-cu ildə qeydə alınmamışdır. Difteriya, göy öskürək və tetanus kimi yoluxucu xəstəliklər isə sporadik şəkildə qeydə alınmışdır. Aparılmış tədbirlər nəticəsində 2009-cu ildə 2008-ci illə müqayisədə qida zəhərlənmələri 40%, zərərçəkənlərin sayı isə 50%-dək azalmışdır. Son vaxtlar əhalinin narahatçılığına səbəb olmuş, eyni zamanda ÜST tərəfindən pandemiya elan edilmiş A/H1N1 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə Taun Əleyhinə Stansiyanın laboratoriyasında 2772 laborator müayinə aparılmış, və 14 nəfərin bu virusa yoluxması təsdiq edilmişdir. Bütün xəstələr sağalaraq evə buraxılmışdılar. Bundan əlavə ÜST tərəfindən ayrılmış yüksək keyfiyyətli vaksinlə əhalinin risk qruplarının immunlaşdırılması tədbirlərinə başlanılmışdır. V.Qasımov yoluxucu xəstəliklərin profilaktikası sahəsində görülmüş bir çox işlər haqqında kollegiya iştirakçılarına məlumat verdi.
İclasın sonunda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev son illər ərzində görülmüş işlərin təqdirə layiq olduğunu bildirdi. Nazir eyni zamanda səhiyyədə olan bütün nöqsanların aradan qaldırılması, bu sahədə hələ görüləcək işlərin çox olduğunu vurğuladı və Kollegiya iştirakçılarına öz təkliflərini verdi.

Mətbuat Xidmətinin Məlumatı



© Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 2006-2010
Xəbərlər | Nazirlik haqqında | Hüquqi sənədlər | Sual-Cavab | Əlaqə