|
4 fevral 2010
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin səhiyyə nazirlərinin Bakıda keçirilən birinci iclasının iştirakçıları Fəxri xiyabanda
Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin səhiyyə nazirlərinin Bakıda keçirilən birinci iclasının iştirakçıları Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar. Mətbuat Xidmətinin məlumatı
|