|
2 fevral 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Perinatal Mərkəzinə İşə qəbul komissiyasının nəticələri
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Perinatal Mərkəzinin vakant vəzifələrinin tutulmasına dair elan edilmiş müsabiqə başa çatdırılmışdır. Müsabiqə barədə elan Səhiyyə Nazirliyinin internet saytında (www.health.gov.az) yerləşdirilmiş və «Tibb qəzeti»-nin 05.12.2009-cu il tarixli buraxılışında dərc edilmişdir. Vakant iş yerlərinə sənəd qəbulu 07.12.2009-cu ildən 07.01.2010-cu ilə kimi qəbul edilərək, 11.01.2010-ci il tarixdən 29.01.2010-cu il tarixədək müsabiqə keçirilmişdir. Müsabiqədə iştirak etmək üçün 519 nəfər İşə qəbul komissiyasına sənədlərini təqdim etmişdir. İşə qəbul komissiyasının yekun qərarına əsasən Respublika Perinatal Mərkəzinin vakant vəzifələrinə təyin edilməsi məqsədəuyğun hesab edilmiş namizədlərin siyahısı ilə Respublika Perinatal Mərkəzində tanış olmaq olar. Tibbi Yardımın Təşkili şöbəsi
|