|
1 fevral 2010
Son illər ölkədə gedən iqtisadi inkişaf səhiyyə sahəsinə öz töhfələrini verməkdə davam edir.
Yenidən tikilib yaxud da əsaslı təmirdən sora istifadəyə verilən tibb müəssisələrinin sayı bu gün də artmaqdadır. Belə müəssisələrdən biri, bu günlərdə Qaxdakı MRX-ı əsaslı təmirdən sonra istifadəyə verilib. 2 mərtəbəli 150 çarpayılı xəstəxana ən müasir tibbi avadanlıqlarla təmin olunub. Mərkəzləşdirilmiş qida, istilik, oksigen sisteminin quraşdırılması müalicə və müayinənin daha da yüksək şəraitdə aparılmasına imkan yaradacaq.
Səhiyyə nazirliyi Mətbuat xidmətinin məlumatı
|