Həkimlik peşəsi
öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.

Heydər Əliyev

 

 

 

30 avqust 2010
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

18 avqust 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və “Azərsun Holdinq” şirkətinin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmişdir

13 avqust 2010
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Marqaret Çen H1N1 qripinin inkişaf mərhələsində postpandemik dövrün başlanması haqqında elan vermişdir.

9 avqust 2010
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi”nin yaradılmasına dair sərəncam imzalamışdır

4 avqust 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 4 avqust 2010-cu il tarixində Şirvan Şəhər Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

4 avqust 2010
Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

 


 



The site of President of Azerbaijan Republic

1 fevral 2010

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN
2009-cu ilin yekunlarına görə Azərbaycanda
HİV/AİDS problemi ilə əlaqədar
PRESS-RELİZİ

HİV/AİDS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 7400-dən artıq insan HİV-ə yoluxur. Təkcə 2008-ci il ərzində dünya üzrə HİV-ə yoluxmuş insanların sayı 2,7 milyon, AİDS-dən vəfat etmiş insanların sayı isə 2,0 milyon olmuşdur. Ümumilikdə, 2008-ci ildə yer kürəsində HİV–lə yaşayan insanların sayı 33,4 milyon təşkil etmişdir ki, onlardan da 15,7 milyonu qadın, 2,1 milyonu uşaqdır.
Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycanda təkcə 2009-cu il ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 62,2%-i, ümumilikdə isə 1987-01.01.2010-cu il tarixinə olan dövrdə bütün yoluxma hallarının 62,6%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.
2009-cu il ərzində Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınmışdır. Onlardan 437-i (96,0%) Azərbaycan vətəndaşı, 18 nəfəri (4,0%) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 437 Azərbaycan vətəndaşından 362-i (82,8%) kişi, 75-i (17,2%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 42 nəfər olmuşdur.
Ümumilikdə, Azərbaycanda ilk dəfə HİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2009-cu ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV-infeksiyası təsdiq olunmuş 2264 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2174 nəfəri (96,0%) Azərbaycan vətəndaşı, 90 nəfəri (4,0%) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1819-u (83,7%) kişi, 355-i (16,3%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 447 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 281 nəfər olmuşdur.
Azərbaycan vətəndaşında ilk dəfə HİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin sonunadək 2174 HİV-ə yoluxmuş insandan 637-i (29,3%) Bakı şəhəri və Abşeron rayonunda, 1497-i (68,9%) Respublikanın digər 53 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 40 nəfərin (1,8%) yaşayış yeri naməlumdur.
2174 nəfər Azərbaycan vətəndaşından 1395-də (64,2%) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 509-da (23,4%) heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində, 21-də (1,0%) anadan uşağa keçməklə, 232 nəfərdə (10,7%) yoluxma yolu naməlumdur.
1992-ci ildən 2009-cu ilin sonunadək Azərbaycanda 799 ailədə HİV-ə yoluxma faktı qeydə alınmışdır. Onlardan 19 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 171 ailədə ər-arvad, 557 ailədə yalnız kişi, 51 ailədə isə yalnız qadın yoluxmuşdur.
Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 330 nəfər cəlb olunmuşdur. Onlardan 133 nəfərində müalicəyə 2009-cu ildə başlanılmışdır.
Əvvəlki illərdə olduğu kimi, 2009-cu il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilmiş, Respublikada HİV/AİDS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi
Ünvan:Mir-Qasımov küç., 1/8
E-mail:office@aids.az
Tel:494-99-24



© Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 2006-2010
Xəbərlər | Nazirlik haqqında | Hüquqi sənədlər | Sual-Cavab | Əlaqə