|
22 yanvar 2010
Pandemik A(H1N1) qripinə qarşı immunizasiya
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən GlaxoSmithKline Biologicals şirkətinin istehsalı olan Azərbaycana göndərdiyi pandemik A (H1N1) qripinə qarşı Arepanrix vaksininin 172000 dozadan ibarət ilk partiyası respublikaya daxil olmuşdur. Daxil olmuş vaksin partiyasının 90 min doza olan birinci hissəsi Bakı, Sumqayıt, Şirvan şəhərlərinə, 15 rayon və digər dövlət qurumlarının tibb xidmətləri üçün paylanmışdır. Qalan 82 min doza respublikanın digər rayonları arasında bölüşdürülərək yerlərə çatdırılacaqdır. Bakı şəhərində immunlaşdırmanın aparılması üçün hər bir rayonda bir poliklinika təyin edilmişdir.Bu günə kimi immunlaşdırma tədbiri zamanı Bakı şəhəri üzrə 8536 nəfər artıq peyvəndlə əhatə olunmuşdur. Vaksinsiya aparılarkən heç bir ağırlaşma halları qeydə alınmamışdır. Növbəti həftədən etibarən A (H1N1) virusuna qarşı vaksinlər ölkənin digər bölgələrinə də paylanılacaq.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
|