Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-da I kurs tələbələrinin dərs sistemində yenilik

Bu ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) I kurslarının tədrisində yeni bir sistem tətbiq olunur. ATU-nun rektoru, professor G.Gəraybəylinin əmrinə əsasən, I kurs tələbələri artıq ilkin tibbi yardım dərslərini mulyajlar vasitəsilə praktiki bacarıq formasında keçəcəklər.

 

Azərbaycan Respublikasında həkimlərin davamlı tibbi təhsil sistemi tətbiq edilir

Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilmişdir. Bu Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir.

Məktəblilərə əl yuma qaydaları öyrədildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 16 oktyabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə şagirdlər üçün 15 oktyabr – Ümumdünya Əl Yuma Gününə həsr olunmuş mühazirə təşkil edib.

“Fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması” mövzusunda seminar keçirildi

 

17 oktyabr 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması” mövzusunda Lənkəranda seminar keçirib.

 

Doğuşayardım xidmətinin təkmilləşdirilməsi ilə əlaqədar kurs keçirilir

Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilmişdir. Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılmış, müasir avadanlıqlarla təchiz edilmişdir. Bu da Respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaratmışdır.

Bakı Sağlamlıq Mərkəzində tədbir keçirilmişdir

Bu gün Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Anestezioloq Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə açaraq mərkəzin direktoru Hikmət Həsənov son illər səhiyyə, o cümlədən anesteziologiya sahəsində əldə edilən uğurlardan danışıb. Sonra mərkəzin ayrı-ayrı bölmələrində anesteziologiya-reanimatologiya bölmələrinin müdirləri xidmət sahələrində həyat keçirilən əməliyyatlar, onların statistikası və tətbiq olunan anesteziologiyanın keyfiyyəti barədə məlumat veriblər.

"Fizioterapiyada müasir texnologiyalar" mövzusunda elmi-praktik seminar keçirilib

2017-ci il oktyabrın 14-də Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzində "Fizioterapiyada müasir texnologiyalar" mövzusunda elmi-praktik seminar keçirilib. Əsasən fizioterapevt və reabilitoloqların dəvət aldığı seminarda həmçinin beynəlxalq mütəxəssislər də iştirak ediblər.

 

Azərbaycan Tibb Universiteti beynəlxalq Eduroam şəbəkəsinə qoşulub

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada ölkəmizdə elm və təhsilin informasiya təminatının gücləndirilməsi, infrastrukturunun müasirləşdirilməsi, bu sahələrdə informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi kimi mühüm vəzifələr müəyyən edilmişdir.

İSİM-də jurnalistlər üçün “Ümumdünya Əl Yuma Günü”nə həsr olunmuş brifinq keçirilib

16.10.2017-ci il tarixində İctimai səhiyyə və İslahatlar Mərkəzində “Ümumdünya Əl Yuma Günü” ilə əlaqədar brifinq keçirilib.

2017-ci ilin sentyabr ayında nikaha daxil olmaq istəyən 8843 nəfər tibbi müayinədən keçirilmişdir

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin sentyabr ayının sonuna qədər müayinədən 333401 nəfər keçmişdir.

2017-ci ilin sentyabr ayında nikaha daxil olmaq istəyən 8843 nəfər tibbi müayinədən keçirilmişdir

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin sentyabr ayının sonuna qədər müayinədən 333401 nəfər keçmişdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi aksiya keçirib

13.10.2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Azərbaycan Gözdən Əlillər Cəmiyyətində Dünya Görmə Günü ilə əlaqədar aksiya keçirib.

“Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” seminar keçirilib

10-12 oktyabr 2017-ci il tarixlərdə Tiflisdə “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması haqqında” Protokolun qüvvəyə minməsinə dəstək məsələləri üzrə çoxsektorlu seminar keçirilir.

Respublika Klinik Xəstəxanasında tədbir keçirilmişdir

12.10.2017-ci il tarixində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Artrit - oynaqda yaranan iltihabi prosesdir. Bu proses nəticəsində oynaq şişir, hərəkətməhdudluğu yaranır. Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur.

ATU rektoru prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb

Prezident İlham Əliyev 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sevindirici haldır ki, bu yüksək təqaüdə layiq görülənlər arasında 26 nəfər Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi adını daşıyır.

ATU mütəxəssisləri V Türkiyə Forumunda iştirak ediblər

Ankarada azərbaycanlı həkimlərin və tibb təhsili alan tələbələrin V Türkiyə Forumu başa çatıb. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən toplantıda Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti də iştirak edib.

Ümumdünya Psixi Sağlamlıq Gününə həsr edilmiş tədbir keçirildi

10.10.2017-ci il tarixində Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Ədliyyə və Fövqəladə Hallar Nazirliklərinin nümayəndələri, Ümümdünya Səhiyyə Təşkilatının ölkədaxili ofisinin və bir sıra ictimai təşkilatların nümayəndələri iştirak etmişdirlər.

Tədris Terapevtik Klinikasının nəzdində açılan "Geriatriya şöbəsi" 60 yaşından yuxarı olan insanlara xidmət edir

Ölkədə ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nəzdində açılan "Geriatriya şöbəsi" fəaliyyətini uğurla davam etdirir. Yeni şöbə yaşlı insanların müalicəsi ilə məşğul olur. Bura əsasən, 60 yaşından yuxarı olan insanlar müraciət edir.

Səhiyyə naziri Oqtay Şirəliyev Əmr imzalayıb

 

“Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” Əmri imzalanıb

ATU-nun Virtual Test Mərkəzində 41 baza üzrə rezidentlər üçün dövrü attestasiya imtahanı keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Virtual Test Mərkəzində Azərbaycan Respublikasının 41 bazası üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) rezidentlər üçün dövrü attestasiya imtahanı keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..