|
TİBB İŞÇİLƏRİNƏ İXTİSAS DƏRƏCƏSİNİN VERİLMƏSİ QAYDALARI İLƏ BURADA TANIŞ OLA BİLƏRSİNİZ ELAN 2010-cu ilin mart ayında həkimlərə epidemiologiya, yoluxucu xəstəliklər, kardiologiya, oftalmologiya, terapiya, pediatriya, cərrahiyyə, mamalıq-ginekologiya ixtisasları üzrə və təcili təxirəsalınmaz tibbi yardım üzrə həkimlər üçün ixtisas dərəcəsinin verilməsi keçiriləcək. Bununla bağlı aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
• ixtisas təhsili barədə sənədlərin (ali və ya orta təhsil barədə diplom, internatura, ordinatura, ixtisaslaşma, təkmilləşmə kursları və s. keçmək barədə vəsiqələr, şəhadətnamələr) surətləri;
• əvvələr aldığı ixtisas dərəcəsi barədə sənədin surəti (mövcud olduğu halda);
• işlədiyi tibb müəssisəsinin rəhbərliyi tərəfindən təqdimat (nümunə üçün bura vurun);
• şəxsiyyət vəsiqəsinin surəti;
• əmək kitabçasının surəti;
• 2 fotoşəkil (3 x 4)
Təqdim olunan sənədlər rəhbərlik tərəfindən təsdiq olunmalıdır.
Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi könüllülük prinsipi əsasında keçirilir.
Sənədlər 01.02.2010-28.02.2010-cu il tarixinə kimi həftənin II və IV günləri saat 14.00-17.00-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim olunmalıdır.
Ünvan: Bakı şəh., Kiçik Dəniz küç. 4. Əlavə məlumat üçün Telefon: 493-82-61.
İxtisas dərəcəsi verilməsi üçün istifadə olunacaq test suallarını və ədəbiyyat siyahısını aşağıdakı səhifələrdən əldə edə bilərsiniz.
TEST SUALLARI
Epidemiologiya ixtisası üzrə suallar İnfeksiya üzrə suallar Kardiologiya ixtisası üzrə suallar Oftalmologiya ixtisası üzrə suallar Cərrahiyyə ixtisası üzrə suallar Mamalıq-Ginekologiya ixtisası üzrə suallar Pediatriya ixtisası üzrə suallar Terapiya ixtisası üzrə suallar Təxirəsalınmaz tibbi yardım üzrə suallar
ƏDƏBİYYAT
Epidemiologiya ixtisası ədəbiyyat İnfeksiya üzrə ədəbiyyat Kardiologiya ixtisası üzrə ədəbiyyat Oftalmologiya üzrə ixtisası ədəbiyyat Cərrahiyyə ixtisası üzrə ədəbiyyat Mamalıq-Ginekologiya ixtisası üzrə ədəbiyyat Pediatriya ixtisası üzrə ədəbiyyat Terapiya ixtisası üzrə ədəbiyyat Təxirəsalınmaz tibbi yardım ixtisası üzrə ədəbiyyat |
|