|

Yeni sual vermək üçün
bura vurun
Diqqət!!! Bu suallar mütəxəssis və səlahiyyətli şəxslər tərəfindən cavablandırılır.
< Əvvəlki səhifə | Növbəti səhifə > 27 oktyabr 2008
Küçələrdə yaşayan, xüsusi ilə də şikəst insanlara kömək məqsədi ilə hansı təşkilata müraciət edə bilərik?
27 oktyabr 2008
Salam!Aldiğim qeyri-rəsmi məlumata əsasən Azərbaycandan dövlət xəstəxalarının hər birindən 3 nəfər olmaqla anestezioloqlar təkmilleşmə üçün Türkiyəyə göndərilir.Bu nə dərəcədə doğrudur vğ daha dolğun məlumatı hardan almaq olar?
27 oktyabr 2008
Salam.Səhiyyənin təşliki və ya səhiyyədə islahatlalarla bağlı hər hansı layihələr təşkil edirsinizmi?Səhiyyə proqramlarında könüllü olaraq iştirak etmək istəyənlər hara müraciət ede biler?
24 oktyabr 2008
Salam.Əmək və müaharibə veteranlarına Dövlət tərəfindən verilən imtiyazlar haqqında ətraflı məlumat verməyinizi xahiş edirəm.Məsələn,aldığım məlumatlara görə veteranlara pulsuz dərman təminatı nəzərdə tutulub.Əgər bu imtiyazlar mövcuddursa haradan maliyyələşdirilir?Əvvəlcədən minnətdarlığımı bildirirəm.
23 oktyabr 2008
Salam! Mən 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsini bitirmişəm. İnternatura kursunu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim – lobrant ixtisası üzrə keçmişəm. Bütün müasir avtomatlaşdırılmış laboratoriya analizatorlarla işləyirəm, biokimyəvi, hormonal, infeksion və ümumi klinik-morfologiya analizlərini edirəm. İnternaturanı bitirəndən sonra dörd ildir ki, özəl klinikalarda işləyirəm. Hal-hazırda da “Avrasiya” özəl klinikasının laboratoriyasında çalışıram. Kompüter biliklərim var, xarici dillərdən rus və ingilis dillərini əla bilirəm. Kliniki Tibbi Mərkəzin təmirdən sonra təzə avadanlıq ilə işləməsi ilə əlaqədar öz anketimi KTM-in kadrlar şöbəsinə təqdim etmişəm. Neçə ildir ki, dövlət xəstəxanalarında özümə iş tapa bilmirəm. Elə bir məlumat var ki, KTM-də təzə avadanlıqla işləyən mütəxəssislər azdır. Mən KTM-də işləmək üçün öz kandidaturamı necə irəli sürə bilərəm? Xahiş edirəm mənə köməklik edəsiniz.
21 oktyabr 2008
Salam.Mən Gəncə tibb texnikumunun"Mualicə işi"fakültəsini bu il bitirmişəm.İndi isə təhsilimi artırmaq istəyirəm.İxtisaslasdırmanı oxumaq istəyirəm.Bu mümkündürmü?Xahiş edirəm cavablandırasınız.
21 oktyabr 2008
Salam.Əhalinin dövlət tərəfindən Tibbi sığortası gözlənilir.Bu sığorta haqqında məlumat istəyirəm.Necə əldə edə bilərəm?Məsələn,bu işləməyənlərə şamil olacaq ya yox,həkimlərin məvacibinə təsir edəcək?Cox xəstə qəbul edən həkimlə az xəstə qəbul edən həkim arasında fərq qoyulacaq?
Cox sağ olun.
17 oktyabr 2008
Salam,öncədən təşəkkür edirəm bu şəraiti yaratdıgınız üçün.İlk sualım budur ki, anam 40 il ömrünü səhiyyə işində sərf edib,gecə-gündüz çalışıb,aldığı pensiya 60 manatdır.Mənə çox maraqlıdır ki,bu rəqəmi təyin edənlərin savadları aşhağı səviyyəsi olmasıdır,heç riyaziyyat bilmirlər deyəsən,yoxsa o,adamlar heç bazara çıxmırlar,xəbərləri yoxdur,ən azından yeyinti məmulatları nə qiymətədir.İkinci sualımda bundan ibarətdir ki,xəstəxanalarda,əsas da doğum evində calışan səriştəsiz,diplomlarını pulla,tanişla alan işçhilərinizin əlindən,yeni doğulan korpələr zərər çəkir.Hamilə xəstəxanaya daxil olan kimi,həmən o,"həkimlər" düşürlər yazığın üstünə ki,qarnını basa-basa,qadını güclə doğuzdururlar,illah ki,onların(smenində)qadın doğsun ki,xəstədən alınan pul onlara qalsın.Başıma gələnlri deyirəm,kimsənin sözləri deyil bunlar.Bu vandalizimlə mübarizə apara bilmirsiniz,heç olmasa həmən o,zərər çəkmiş körpələrin yaşamasına yardım edin.Bakı şəhəri,Xətai rayonu,Yeni Əhmədli qəsəbəsi,Məhəmməd Hadi küçəsi 93,mənzil 82-də yaşayan 3 yaşlı Həkiməxanım qızcığaz,hələdə yürüyə bilmir,danişa bilmir.Hal-hazırda anası Daiyeva Sevinc hamilədir,bu yazıq qadın bilmir ki,hamiləliyini davam etdirsin,yoxsa dunyaya gəlməmiş körpəsinin bu zalım Azərbaycanda əzab-əziyyətlə yaşamasının qarşısını alsın.Xahiş edirəm tez bir zamanda əlinizdən gələn yardımı edəsiniz bu ailəyə.Əlil arabasına,daiyə və uşağın dərmanların alnmasına ehtiyacları var.Sivil ölkələrdə bu xəstələr,bu şəraiti yaratmaq adi bir haldır.Analoqu olmayan Azərbaycan üçün məncə bu xahişim əziyyət olmaz.
16 oktyabr 2008
Salam. Mən artıg 5 ildir doğum evində terapevt işləyirəm və istəyirəm ixtisasımı ginekologiyaya dəyişim, bu prosedur nece olur ve neçəyə başa gələcək?
13 oktyabr 2008
Salam. 1 – qadında sonsuzluğa səbəb olacaq xəstəliklər hansılardır? 2 – kişidə sperma faizi neçəyə enərsə sonsuzluq yaradır? Və normal halda sperma neçə faiz olmalıdır? 3 – qadında uşaqlıq borusunun tutlması zamanı hansı müalicə üsulları vardır? Öncədən verəcəyiniz cavaba və belə bir sayt yaradılıb problemlərimizlə maraqlandığınız üçün sizə təşəkkür edirik.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 (63) 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 < Əvvəlki səhifə | Növbəti səhifə > |
|