Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elnarə İsmayılova Eldar

Azərbaycan Respublikası Səhiyyə Naziri
Hörmətli Həkim Şirəliyev Oktay Kazım oğluna
Sumqayıt şəhər sakini İsmayılova Elnarə Eldar qızı tərəfindən

ƏRİZƏ
Çox Hörmətli Səhiyyə Nazirimiz Oktay Həkim,
Mən İsmayılova Elnarə 2008-ci ildə Əkbərov Vüsal Əkbər oğlu ilə ailə həyatı qurmuşam.İndiyədək, 10 ildən artıqdır ki, bizim övladımız olmur.
Bizim müayinələrimizin nəticələrini və yaşımızı da nəzərə alaraq həkimlər bizə süni mayalanma əməliyyatını gecikdirməməyi bildirirlər. Vaxtın

gecikməsi övladımızın olma şansını da aşağı salır.
Ailədə 3 nəfərik. Qaynanam təqaüdçüdür. Yoldaşım səhhətinə gorə işləyə bilmir. Mən isə Analıq məzuniyyəti yerində məktəbdə Psixoloq

vəzifəsində işləyirəm.177 manat əmək haqqımdır. Fevral ayında isə əsas işçi işə qayıdır və mən işdən çıxmalıyam.
Sizdən xahişim budur ki, süni mayalanma əməliyyatına gecikmədən, bu əmiliyyatın olmasında mənə köməklik edəsiniz.
Bu barədə 2016-cı ildə Səhiyyə Nazirliyinə ərizəmlə müraciətim olub. Mənə ünvanlanan
26.10.2016 № 2-46/I-11007/2 -li cavab məktubunda yazılmışdı.
Bildiririk ki, hazırda Elmi Tədqiqat Mamalıq və Ginekologiya Institutunda əsaslı təmir işləri ilə əlaqədar süni mayalanma əməliyyatı

aparılmır.İnstitut fəaliyyətə başladıqdan sonra qaldırılan məsələyə müəyyən edilmiş qaydada baxılacaqdır.
Tibbi yardımın təşkili şöbəsinin
müdir müavini Y.Babayev.
Qeyd olunduğu kimi, İnstitut fəaliyyətə başlayıb. Hörmətli Şəhiyyə Nazirimiz Oktay Həkim- ailəm adından sizdən xahişim, məcbur qaldığım

süni mayalanma əməliyyatının gecikmədən keçirilməsi üçün yenidən diqqətə alınaraq baxılmasına köməklik etmənizi və bizə dəstək olmanızı xahiş

edirik.
10 ildən artıqdır ki, ailəliyəm. Ailəmin dağılmasını istəmirəm. Ümidim Sizədir.
Tarix: 11. 08 2018. Elnarə İsmayılova Eldar qızı.

Sizin müraciyətiniz icra götürülmüşdür( qeydiyyat N-si İ-14258) əlavə məlumatı 4412603 daxili 113 nömrəsindən ala bilərsiz.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->