Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Emin Əhmədov Zabit

Surəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə

Salam. Mən Əhmədov Emin Zabit oğlu Xaçmaz rayonunun Sərkərli kəndində yaşayıram.Kəndimiz Xaçmaz rayonundan 5 km aralı,Quba-Xaçmaz yolunun yaxınlığında yerləşir.Yaşadığım kəndin ərazisindən Quba və Qusar rayonlarının kanalizasiya xətti keçir.Bu kanalizasiya xəttinin ucbatından kənd əhalisi çox əziyyət çəkir.Mütəmadi olaraq bu xəttin tutulması nəticəsinda çirkab suları yola axır.Ərazidə olan şirin su hövzələrinə qarışır.Bu da məni bir vətəndaş olaraq narahat edir.Hal-hazırda bu kanalizasiya xəttinin daşması nəticəsində ərazidə ətraf mühitə təsir edəcək çox təhlükəli bir vəziyyət yaranıb.Əhali suvarma,bəzi hallarda içmək məqsədi üçün şirin su mənbəylərini istifadə edir.Və bu çirkab sular həmin ərazidə suvarma suyuna qarışır.
Ümid edirəm ki, verəcəyiniz sərəncamlar baş vərə biləcək hər-hansı bir təhlükəli vəziyyətin qarşısını alacaq.Əvvəlcədən minnətdaram.

Sizin müraciyətiniz icra götürülmüşdür( qeydiyyat N-si Ə-13996) əlavə məlumatı 4412603 daxili 113 nömrəsindən ala bilərsiz.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->