Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Güllər Axundova İdris

Salam cəna Nazir,

Mən, Axundova Güllər İdris qızı ixtisasca, həkim, mama-ginekoloqam. ATU-nu həkim, ginekoloq kimi fərqlənmə ilə bitirmişəm, bütün cərrahi əməliyyatları yüksək səviyyədə icra edirəm. Cari ilin fevral ayında Səhiyyə nazirliyinin keçirdiyi imtahandan yüksək nəticə göstərərək, Sumqayıt şəhər 2 saylı Doğum Evinə Doğum Şöbəsinə təyinat almışam və mənimlə bu barədə əmək müqaviləsi bağlanıb. Lakin baş həkim Xədicə Binnətzadə mənimlə prinsip apararaq məni heç vaxt Doğum Şöbəsinə buraxmayacağını israrla bildirir. Müxtəlif bəhanələr gətirməklə məni işdən çıxarmağa çalışır. Əmək müqaviləsinin tələblərini pozaraq məni gələn ilin ortalarına qədər 3-cü növbətçi həkim kimi gündəlik növbələrə cəlb edəcəyini bildirir. Qeyd edim ki, yeganə ginekoloqam ki 3-cü növbətçi həkim kimi növbələrə çıxıram.

Xahiş edirəm, Xədicə Binnətzadənin bu özbaşınalıqlarının qarşısını alın.

Sizin müraciyətiniz icra götürülmüşdür( qeydiyyat N-si A-10527/2) əlavə məlumatı 4412603 daxili 310 nömrəsindən ala bilərsiz.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->