Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Zaur Şirəliyev Qüdrət

Cənab Nazir, mən Şirəliyev Zaur Qüdrət oğlu 1978-ci ildə Neftçala rayonunda anadan olmuşam. 2003-cü ildə ailə qurandan sonra valideynlərimin köməyi ilə ev tikməyə başlamışam. Maddi çatışmazlıq ucbatından evimi hələ də tikib qurtara bilməmişəm. Çox acınacaqlı şəraitdə olan yarımtikilidə yaşamağa məcbur qalmışam. Maddi vəziyyətimizi ağırlaşdıran səbəb mənim və yoldaşımın səhhətindəki problemlərdir. 2013-cü ildə avtoqəzada əmək qabiliyyətimi qismən itirmişəm. 2014-cü ildə keçirdiyim əməliyyatlar əmək qabiliyyətimi tam itirməyimə səbəb olmuşdur. Yoldaşım da 2017-ci ildə ağır əməliyyat keçirmişdir. Əməliyyatlardan sonra imkansızlıqdan heç bir müayinədən keçə bilməmişik. Bu il pambıq sahələrində fəhləlik etməyə məcbur olduğumuzdan səhhətimiz daha pisləşmiş, bu səbəbdən də işdən ayrılmalı olmuşuq. Hazırda heç bir yerdən qazanc yerimiz yoxdur, eləcə də qazanmağa imkan verən səhhətimiz ağır vəziyyətdədir. 9 və 7-ci sinifdə oxuyan, iki əsgər böyüdən ata kimi çox əlacsız vəziyyətdəyəm. Maddi çətinliyim onların təhsil almasına belə problemlər yaradır. Sağlamlığını itirən şəxslərə verilən pensiya üçün müraciət etsək də, bizə müsbət cavab verilməyib. Bu məbləğ bizə ən azından dərmanlarımızı ala bilmək üçün lazımdır. Bu azmış kimi 2016-cı ilin sonundan bəri sosial yardımdan da səbəbsiz şəkildə məhrum olmuşuq. Cənab Nazir, əmək qüvvəsi olmayan, dövlətdən heç bir yardım almayan insan necə yaşayaya bilər?! Sizin məsələni diqqəti götürəcəyinizə və səxavətinizə böyük ümid edirəm.

Sizin müraciətiniz icraya götürülmüşdür (qeydiyyat №Ş-13830) əlavə məlumatı 4412603 (daxili 113) nömrəsindən ala bilərsiz.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->