Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mirxanım Ələkbərova Ələsgər

Bakı şəhəri Yasamal rayonu, A.Ağayev küçəsi, (indiki Kazım Kazımzadə) abadlaşma işlərinin aparılması ilə əlaqədar Yasamal-M Şirkətinə verilmiş və ərazidə çoxmənzili binaların tikintisi ilə əlaqədar sakinlərə yaşadığı evlər üçün kompensasiya ödənilərək, sakinlər tukinti ərazisindən çıxarılmışdır. Lakin mənim evimin 3 tərəfi 5-6 metr dərinliyində qazımış, evim qəzalı vəziyyətə gətirilmişdir. Buna baxmayaraq, mənə yaşadığım ev üçün kompensasiya ödənilməkdən imtina edilmişdir. MƏn Şirkətdən mənim evim üçün kompensasiyanın ödənilməsini tələb etdikdə isə Şirkət mənim evimin onlara lazım olmadığını bildirmişdir. Halbuki, evin ətrafı qazılmış, evdə yaşamaq mümkünsüz olmuşdur. Evin hər bir zaman uçmaq təhlükəsi vardır. Hər an ev mənim üstümə uça bilər. Mənim isə yaşamağa başqa yerim yoxdur. Mən qəzalı evdə hər an uçmaq təhlükəsi olan bir evdə yaşamağa məcbur olmuşam. Xahiş edirəm bunun qarşısını alıb, qazıntı işlərini dayandırasınız. Qanunvericiliyə əsaəsn tikinti aparan Şirkət ərazidə yaşayan sakinləri tikinti ərazisindən tam çıxarmadan tikintiyə başlamamalı olm asına baxmayaraq Yasamal-M Şirkəti mənim yaşadığım evin özülünü qazır və mən onlardan kompensasiya tələb edərkən isə mənim evimin onlara lazım olmadığını bildirərək, məni onların təklif etdiyi istənilən məbləğlə razılaşmağa məcbur etməyə çalışırlar. Ona görə də yazıb Sizdən mənə kömək etməyinizi, məni bu təhlükədən xilas etməyinizi xahiş edirəm.

Sizin müraciətinizə baxılmışdır.Aidiyyəti üzrə yerli icra hakimiyyətinə, FHN-nə,hüquq-mühafizə orqanlarına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməyiniz tövsiyə olunur.Daxil olma №13661 əlavə məlumatı 4412603 daxili 113 ala bilərsiz.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->